SOCAR İran İslam Respublikasında keçirilən 20-ci Beynəlxalq neft, qaz, emal və neft-kimya sərgisində xüsusi stendlə təmsil olunur.Sərginin açılışında İran prezidentinin birinci müavini İshaq Cahangiri, neft naziri Cəbijan Namdar Zəngənə, İranın milli neft şirkətinin prezidenti Rüknəddin Cavadi, parlament üzvləri və xarici şirkətlərin nümayəndələri iştirak etmişlər.
SOCAR mətbuat xidmətinin məlumatına görə, mərasimdə neft naziri Cəbijan Namdar Zəngənə çıxış etmiş, İranın neft, qaz və neft-kimya sənayesinin əldə etdiyi uğurlardan danışmışdır. SOCAR-ın stendi iştirakçılar arasında maraq doğurmuş, İranın Neft Nazirliyinin məsul işçiləri, bir sıra xarici şirkətlərin nümayəndələri və media nümayəndələri şirkətin son illərdə gördüyü işlər və əldə etdiyi nailiyyətləri böyük maraqla qarşılamışlar. Şirkətin Elm və texnika şöbəsinin rəisi Nazim Vəliyev və SOCAR-ın İran nümayəndəliyinin direktoru Oqtay Sadıqzadə stendin ziyarətçilərinə SOCAR-ın fəaliyyəti ilə bağlı geniş məlumat vermiş, sualları ətraflı cavablandırmışlar.
20-ci İran Beynəlxalq neft, qaz, emal və neft-kimya sərgisində 1200-dən artıq yerli və 39 ölkədən 600 xarici şirkət iştirak etmişdir.