SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) 2015-ci ilin yanvar-aprel aylarında dünya bazarlarına 474,965 min ton neft məhsulu ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 41,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
İxracın strukturunda 387,141 min ton dizel yanacağı, 87,646 min ton aviasiya yanacağı, 178 ton soba mazutunun payına düşüb.
2015-ci ilin aprel ayında SOCAR 126,365 min ton neft məhsulu, o cümlədən 102,531 min ton dizel yanacağı və 23,834 min ton aviasiya yanacağı ixrac edib.
SOCAR-ın məlumatına görə, aprel ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) $622,3, təyyarə yanacağının qiyməti $553,1, dizel yanacağının qiyməti $528,91, 1% kükürdlü mazutun qiyməti $326,5 təşkil edib.
2014-cü ildə şirkət 1 mln. 199,543 min ton neft məhsulu ixrac edib.
2015-ci il yanvarın 1-dən Azərbaycanda bir neft emalı zavodu – Heydər Əliyev adına Bakı NEZ fəaliyyət göstərir.