SOCAR prezidenti Rövnəq Abdullayev jurnalistlərə bildirib ki,şirkət 2017-ci ilə Bakını qazdoldurma məntəqələri ilə əhatə edəcək.
Abdullayevin sözlərinə görə, ilk qazdoldurma məntəqəsi “Baku Bus” şirkətinin avtobus deposu ərazisində tikilib: “Hazırda SOCAR Zabrat qəsəbəsi ərazisində ikinci qazdoldurma məntəqəsini tikir. Planlarımıza 1,5 il ərzində bütün Bakını qazdoldurma məntəqələri ilə əhatə etmək daxildir. Gələcəkdə ölkənin iri şəhərlərarası magistral yollarının hər 180 kilometrində qazdoldurma məntəqələri tikəcəyik”,- deyə R.Abdullayev bildirib.
Həmçinin o qeyd edib ki,şirkət perspektivdə yerli pərakəndə satış bazarının 30-35% əldə edə bilər.
“SOCAR” brendi altında qazdoldurma məntəqələrinin inşasını Azərbaycanda “SOCAR Petroleum” və “Məişət Maye Qaz” QSC aparır.