BG şirkətinin 2014-cü il üçün hesabatında bildirilir ki,neft-qaz nəhəngi Shell BG Group plc şirkətini alarkən onun “Karaçaqanak” layihəsində olan payını itirə bilər. Belə ki, Qazaxıstan höküməti sövdələşmənin bitməsindən sonra BG Group şirkətinin layihədəki payına iddia edə bilər.
“BG Group şirkəti üzərində nəzarət dəyişdikdən sonra Qazaxıstan şirkətin Karaçaqanak qaz kondensat yatağının fəaliyyətini tənzimləyən hasilatın yekun pay bölgüsü sazişindəki payını almaq üçün iddia sürə bilər”,-deyə şirkətin hesabatında bildirlir.
“Karaçaqanak” yatağını BG Group şirkətindən başqa (BG Group indi 29,25% -nə sahibdir) Eni (29.25%), Chevron (18%), LUKoil (13.5%) və KazMunayGaz (10%). BG Group şirkətinin saytında bildirilir ki, yataqda hasilat ən yüksək səviyyədədir və Qazaxıstanın qaz hasilatının 45%, maye karbohidrogenlər hasilatının isə 16% təşkil edir.
“Wall Street Journal” qəzeti yazır ki, “Karaçaqanak” yatağının payına BG Group şirkəti hasilatının 15%-i və $19 milyard gəlirinin 9%-i düşür.