logo

“Şahdəniz-2” layihəsinə artıq $12 mlrd sərmayə yatrılıb – SOCAR

Views: 76

$12 billion already invested into Shah Deniz Phase 2, says SOCARBu günə qədər Azərbaycan və Gürcüstan ərazisindəki boru xətlərinə və “Şahdəniz-2” layihəsinə 12 milyard dollar investisiya yatrılıb və işin 30 faizi artıq görülüb.Bu barədə SOCAR-ın vitse prezidentinin müavini Vitali Bəylərbəyov EurActiv nəşrinə bildirib.

“Heç bir şey Cənub Qaz Dəhlizi (CQD) layihəsinin reallaşdırılmasını dayandırmayacaq. CQD yanlız imzalanmış sənədlər toplusu deyil. Söhbər artıq investitsiya edilmiş milyardlardan gedir”,- deyə o qeyd edib.

Bəylərbəyov vurğulayıb ki,”Şahdəniz-2” layihəsi çərçivəsində qaz hasilatına başlanması üçün son tarix 2018-ci ildir.

“2018-ci ildə qaz Türkiyəyə, Əskişəhərə tədarük ediləcək. Bizim Yunanıstan, İtaliya və Bolqarıstandakı müştərilərimiz qazı 2020-ci ilin əvvəlində almağa başlayacaqlar”,- deyə o əlavə edib.

Xəbər verildiyi kimi, “Cənub qaz dəhlizi” layihəsi Mərhələ 2 çərçivəsində hasil ediləcək Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəql etmək üçün boru kəməri infrastrukturunun yaradılması nəzərdə tutur.

Layihənin dəyəri $45 mlrd. Layihənin əsas komponentləri:. Şahdənizin Mərhələ 2 layihəsi, Cənubi Qafqaz boru kəmərinin Bakı-Gürcüstan-sərhəd Türkiyəyə qədər olan hissəsinin genişlənməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisi, Yunanıstan,Albaniya və Adriatik dənizini cənubi İtaliya ilə birləşdirəcək TAP boru kəməri.

Avropaya Azərbaycan qazının tədarükü 10 milyard kubmetr səviyyəsində gözlənilir. Bundan əlavə, Azərbaycan qazının 6 milyard kubmetri Türkiyənin qərb bölgəsinə nəql ediləcək.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart