logo

“Şahdəniz-2” çərçivəsində Bakıya Sinqapurdan unikal gəmi üçün hissələr gətiriləcək

Views: 29

blue water_baku shipyard

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) gəmiqayırma zavodu və Danimarkanın “Blue Water Shipping” şirkəti arasında müqavilə bağlanıb.

Trend-in “Blue Water Shipping”ə istinadən verdiyi məlumata görə, şirkət Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin II mərhələsi çərçivəsində istismar ediləcək tikilməkdə olan çoxfunksiyalı gəmi üçün zavoda iki korpus seksiyaları çatdıracaq.

Korpus seksiyaları Bakıya Sinqapurdan gətiriləcək. Onların uzunluğu 140, eni 16, hündürlüyü 17 metr, çəkisi isə 5400 tondir.

İki seksiya “Xankəndi” gəmisinin korpusunu formalaşdıracaq. Gəmi “Şahdəniz-2” layihəsi çərçivəsində sualtı avadanlığın yerləşdirilməsi və quraşdırılması üçün istifadə ediləcək.

Tikinti başa çatdırıldıqdan sonra “Xankəndi” gəmisi Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində istismara veriləcək.

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart