“Qazpromun” idarə heyəti sədrinin müavini Aleksandr Medvev telefon konfransı zamanı bildirib ki,2015-ci ildə şirkətin uzaq xaricə qaz ixracı proqnozu 152-153 milyard kub metrdir.
Onun sözlərinə görə, şirkətin qaz ixracı əvvəlki ilin göstəricilərini üstələyir. “Bizim cari planımız 152-153 milyard kub metrdir”,- deyə Medevedev bildirib.
“Lakin qısa müddətli perspektivdə Avropada qaza təlabatın artımı gözlənilmir”,-deyə o bildirib.
“Qazpromun” məlumatına görə, 2014-cü ildə uzaq xaricə 147 milyard kub metr qaz ixrac edilmişdi.