logo

“Qərbi Azəri” platformasında hasilat üç həftəyə dayandırılır

Views: 90

“Qərbi Azəri” platformasından hasilat cari ilin mayın 21-də profilaktik işlərlə əlaqədar olaraq dayandırılacaq. Bu haqda “BP-Azərbaycan” şirkətinin bu gün mətbuat üçün açıqlamasında bildirilir.

semt_qaziMəlumatda qeyd edilir ki, hasilat platformada təqribən 22 gün ərzində dayandırılacaq. Hasilatın dayandırılması əvvəlcədən planlaşdırılıb, təsdiq edilmiş qrafik üzrə həyata keçirilir. Onun vaxtı elə seçilib ki, profilaktik işlər, inspeksiya və layihə işləri effecktiv şəkildə aparıla bilsin. Bu işlər  platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan istismar qabiliyyətini davam etdirməsi üçündür.

Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə müntəzəm həyata keçirilir. Bu proqramın hazırlığına 2014-cü ilin əvvəllərindən başlanmışdır və proqram üzrə həyata keçirilən işlər 2015-ci ilin illik iş proqramı və büdcəsinə daxil edilmişdir.

BP-nin məlumatında o da vurğulanılır ki, platformanın müvəqqəti dayandırılması həmçinin bu ilin hasilat planına da daxil edilmişdir.

Caspian Barrel xatırladır ki, 2014-cü ilin oktyabrın sonundan dekabrın əvvəlinə kimi Azəri-Çıraq-dərinsulu Günəşli (AÇG) layihəsi çərçivəsində “Mərkəzi Azəri” platforması modernizasiya edilmişdi. Əvvəlcə ötən ilə “Qərbi Azəri” platformasının da modernizasiyası nəzərdə tutulmuşdu, ancaq sonradan bu işləri 2015-ci ilə keçirmək qərara alındı.

Nəzərə almaq gərəkdir ki, “Qərbi Azəri” platformasında hazırda gündəlik neft hasilatı 140 min bareldən artıqdır. “Qərbi Azəri” platformasında hasilat 30 dekabr 2005-ci ildə başlanıb.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart