logo

OPEK 2025-ci il üçün neftin bir barelini $76 səviyyəsində gözləyir

Views: 71

A pump jack is seen at sunrise near Bakersfield

OPEK ekspertlərinin nikbin proqnozlarına əsasən on ildən sonra neftin bir barelinin qiyməti $76 səviyyəsində gözlənilir. Ən pis halda, neftin qiyməti bir barel üçün 40 dollardan aşağı düşə bilər.

“The Wall Street Journal” OPEK ekspertlərinə istinadən məlumat verir ki, hətta vəziyyət nikbin ssenariyə görə inkişaf etsə belə,2025 ilə neftin bir barelinin qiyməti $76 yuxarı olmayacaq. OPEK-də narahatlıq var ki,ABŞ neft-qaz şirkətləri neft qiymətlərinin azalmasının öhdəsindən gələ biləcək və hasilatı cari səviyyədə saxlaya biləcəklər.

Ən pis halda OPEK-in ekspertlərinə görə, 2025-ci ilə neftin bir barelinin qiyməti  $40 səviyyəsinə düşə bilər.

Hesabatda OPEK üzvlərinə neft hasilatının sərt kvota siyasətinə qayıtmaq tövsiyyə olunur. Əgər OPEK öz sıralarında ciddi nizam-intizamı təmin edə bilsə,təşkilat neft bazarına öz təsirini gücləndirə biləcək.

2015-ci ilin mayında İranın neft naziri Bijan Namder Zanqane bildirmişdi ki,neftin münasib qiyməti bir barel üçün $70- $75 arasındadır.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart