logo

Nazir: TANAP qrafiki qabaqlayaraq həyata keçirilir

Views: 32

tanap-turkist-org

Transanadolu qaz kəmərinin (TANAP) inşası qrafiki qabaqlayaraq həyata keçirilir. Bu barədə DHA Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldıza istinadən xəbər  verib.

Onun sözlərinə görə, TANAP layihəsi nəinki Türkiyəyə, həm də Avropaya vacibdir.

Yılmaz qeyd edib ki, Türkiyənin Rusiya ilə “Türk axını” qaz kəmərinin tikintisi haqqında danışıqlar aparması TANAP-ın reallaşmasına təsir etməyəcək.

TANAP layihəsi Şahdəniz yatağından hasil ediləcək qazın Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sahillərinə nəqlini nəzərdə tutur.

Kəmərin ilkin gücü ildə 16 milyard kub metr təşkil edəcək. Bu həcmin 6 milyard kub metri Türkiyəyə, qalanı isə Avropaya nəql ediləcək.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart