İran İsrail şirkətindən 1.1 milyard dollar məbləğində borcu ödəməyi tələb edib. Bu barədə İRNA agentliyinə İran İslam Respublikası prezidenti aparatının hüquqi işlər mərkəzindən bildiriblər.
“1968-ci ildə İran Milli Neft Şirkəti (İNOC) və İsrail İran neftinin Qırmızı dəniz vasitəsilə İsrailə tədarükü barədə müqavilə imzalayıblar. Bu məqsədlə İNOC Lixtenşteyndə Fimarco adlı şirkət yaradıb. Sonra bu şirkətlər Lixtenşteyndə Frigate adlı şirkət yaradaraq ona neft ilə ticarət etmək səlahiyyəti verib. İran və israil arasındakı mübahisə bu şirkət tərəfindən həyata keçrilən sövdələşmələrlə bağlıdır”,- deyə agentlik Prezident Administrasiyası nümayəndəsinin sözlərini sitat kimi gətirib.
Xəbər verilir ki,NİOC və Frigate İsrailin Tao şirkətinə 14.75 milyon kub metr iran neftinin tədarükü barədə müqavilə imzalayıblar. $450 milyon məbləğində vəsait NİOC şirkətinə ödənilməyib.
İsrail şirkəti isə əks iddia qaldıraraq bildirir ki,NİOC müqavilənin bütün şərtlərinə əməl etməyib,lakin İRNA xəbər verir ki, bütün bu iddialar məhkəmə tərəfindən rədd edilib.