2015-ci ilinin martında İran neftinin Asiyaya tədarükü 2014-cü ilin eyni dövrü ilə müqayisədə 9.2% azalıb.
Buna səbəb odur ki, son 10 ildə ilk dəfə olaraq Hindistan İrandan neft idxal etməyib. Yaponiya və Cənubi Koreya isə İrandan neft idxalını 50% artırıblar.
2015-ci ilin martında Çin, Hindistan, Yaponiya və Cənubi Koreya İrandan gündə 1.04 milyon barel neft idxal ediblər.
2015-ci ilin aprelində İran neftinin idxalının artacağı gözlənilir. İran sanksiyalar qaldırıldıqdan sonra neft ixracını artıracaq.
Həmçinin İran 2017-ci ilə neft məhsullarının ixracını artırmağıda planlaşdırır.