logo

İlham Əliyev Avropaya Azərbaycan qazı ilə xəbərdarlıq mesajı ünvanladı

Views: 82

Əgər TAP layihəsində hər hansı bir problem yaranarsa, o zaman biz qazımızı daha çox Türkiyə bazarına ixrac edəcəyik. Belə bir bəyanatla Azərbaycan Prezidenti İlham Əliyev mayın 27-də Respublika Günü münasibətilə “Buta” keçirilən rəsmi qəbulda etdiyi çıxışında deyib.

Ilham-Aliyev“Hər halda, onu qeyd etməliyəm ki, bazarlarla bağlı bizim heç bir narahatlığımız yoxdur. Sadəcə olaraq, TAP iştirakçılarının hamısı gərək məsuliyyətli davransınlar və süni şəkildə problem yaratmasınlar”, – deyə Prezident vurğulayıb.

İlham Əliyev bildirib ki, indi bütün səylərimiz ona yönəlib ki, “bizi Gürcüstanla birləşdirən Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsini və TANAP-TAP layihəsinin inşasını vaxtında, bəlkə də vaxtından əvvəl təmin edək”.

“Məncə, biz qarşımıza qoyduğumuz hədəflərə vaxtında, bəlkə də daha tez çatacağıq. Eyni zamanda, ümid edirəm ki, TAP-Trans-Adriatik layihəsinin qarşısında da heç bir süni əngəl meydana çıxmayacaq. Çünki əgər belə əngəl olarsa, o zaman əlbəttə ki, burada udan tərəf olmayacaq”, – deyə Azərbaycan Prezidenti bildirib.

Onu da qeyd etməliyəm ki, Azərbaycanın zəngin qaz resursları bizi və tərəfdaşlarımızı bundan sonra ən azı 100 il ərzində təmin edəcək. Gələcəkdə əlbəttə ki, “Cənub” qaz dəhlizinin tam şəkildə işə düşməsi “Şahdəniz” yatağının işlənməsi ilə bərabər bizim strateji hədəfimizdir.

Qaz mövzusunda fikrini tamamlayarkən Azərbaycan Prezidenti bildrib ki, “əslində qarşıda duran vəzifələr daha da çoxdur, bir çıxışda onların hamısını qeyd etmək mümkün deyil. Sadəcə olaraq, bəziləri haqqında fikirlərimi bildirdim”.

“Həm söylədiyim sözlər, həm aparılan təhlil, həm gələcəyə olan baxışlarımız bir daha bizi əmin edir ki, Azərbaycanın inkişafı davamlı olacaq. Müstəqilliyimiz bizim ən böyük dəyərimizdir, ən böyük sərvətimizdir. Biz müstəqilliyi qoruyuruq və qoruyacağıq”, – deyə İlham Əliyev çıxışını yekunlaşdırıb.

* Öz növbəsində Caspian Barrel xatırlatmaq istəyir ki, “Şahdəniz” konsorsiumu 2013-cü ildə TAP boru kəməri üzərində öz seçimini edərkən Azərbaycan qazının Avropaya çatdırılması tarixini 2019-cu ildə göstərmişdi. Elə 2013-cü il sentyabrında “Şahdəniz” konsorsiumu ilə Avropanın şirkətləri arasında 10 milyard kubmetr qazın alqı-satqısına dair 25 illik kommersiya sazişi imzalanarkən onun başlanğıc tarixi müqavilələrdə 2019-cu ildən hesablanmışdı. Ancaq 2014-cü il sentyabrın sonlarında TAP konsorsiumun rəhbəri ilk dəfə açıqladı ki, Azərbaycan qazının qəbuluna 2020-ci ilin əvvəlində hazır olacaqlar. 2025-ci ilin mayında isə İtaliyanın iqtisadi inkişaf naziri Federik Quidinin imzaladığı sərəncama görə, TAP boru kəmərinin tikinti işlərinə 2016-cı il mayın 16-da başlanacaq və 2020-ci il dekabrın 31-də bu işlər yekunlaşacaq. Bu isə o deməkdri ki, “Şahdəniz” qazının Avropa bazarında satılması nəzərdə tutulan əsas hissəsi (80%-i) buraya 2021-ci ildən tez daxil olmayacaq.   

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart