logo

I rübdə SOCAR AÇG-dən iki dəfə çox həcmdə səmt qazı alıb

Views: 91

94559_src2015-ci ilin I rübündə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ, Azəri-Çıraq-Günəşli” blokunun işlənməsi üzrə operator) SOCAR-a (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, SOCAR) AÇG blokundan 1,2 mlrd. kubmetr səmt qazı verib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 2 dəfə çoxdur. Bu haqda “BP-Azəerbaycan” şirkətinin rüblük hesabatında məlumat verilir.

I rüb ərzində SOCAR-a sutkada təxminən 13,6 mln. kubmetr səmt qazı verilib. Ötən ilin müvafiq dövründə isə bu göstərici 6,2 mln. kubmetr idi.

Xəbər verildiyi kimi, 2014-cü ildə ABƏŞ SOCAR-a 2,76 mlrd. kubmetr səmt qazı tədarük edib.

AÇG-dən hasil olunan səmt qazı SOCAR-a pulsuz verilir.

“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib.

Layihənin iştirakçıları BP (35,78%, operator), “Chevron” (11,27%), “ExxonMobil” (8%), ONGC (2,72%), SOCAR (11,65%), “Inpex Corp.” (10,96%), “ITOCHU Oil” (4,3%), “Statoil” (8,56%) və TPAO (6,75%) şirkətləridir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart