logo

I rübdə ExxonMobil şirkətinin xalis mənfəəti 1,8 dəfə azalıb

Views: 43

exxon2015-ci ilin birinci rübündə neft-qaz nəhəngi ExxonMobil-in xalis mənfəəti şirkətin hesabatına görə, 2014-ci ilin analoji dövrü ilə müqayisədə 1,8 dəfə azalaraq 4,94 milyard dollar təşkil edib.

Bir adi səhm üzrə mənfəət $ 1,17 olub.  Şirkətin gəlirləri 1,6 dəfə azalıb – 67,618 milyard dollar qədər.

Son rübünün yekunlarına əsasən Exxon karbohidrogen hasilatını gündə 97 min barel neft ekvivalenti artırıb – 4.2 milyon barel.

Maye karbohidrogenlərin hasilatı 2.3 milyon barel təşkil edib ki,bu da 2014-cü ilin birinci rübünün göstəricisindən 129 min barel çoxdur. Təbii qaz hasilatı isə gündə 11.8 milyard kub fut təşkil edib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart