logo

Dünya bankı: 2015-ci ildə Qazaxıstanın ÜDM-ın artımı 1.3% qədər azalacaq

тенге

Dünya bankı 2015-ci il üçün Qazaxıstan iqtisadiyyatının artım tempini 1.8% dən 1.3% qədər pisləşdirib. Həmçinin  2016 və 2017-ci illər üçün ehtimallar dəyişdirilib : Dünya Bankı həmin illərdə artımı 2.8% və 3.9% proqnozlaşdırır.

2014-cü ildə Qazaxıstan iqtisadiyyatının artımı 2013-cü ildəki 6%-dən 4.3% qədər azalıb. Dünya Bankı hesab edir ki,neft qiymətlərinin aşağı düşməsi investorların Qazaxıstan iqtisadiyyatına olan inamını zəiflədib. 2014-cü ildə investitsiyaların artımı 2013-cü ildəki 6.2%-dən 2% qədər azalıb.

Bank of America (BofA) Merrill Lynch analitikləri hesab edirlər ki,tənəzüldən qaçmaq üçün Qazaxıstan tenqenin devalvasiyasını davam etdirməlidir. 2014-cü ilin 11 fevralında tenqe dollara nisbətdə 19% devalvasiya edilmişdi.

O vaxtdan bəri milli valyutanın kursunun dəstəklənməsinə Milli Bank $18 milyard xərcləyib. Rusiya ilə ticarətin pisləşməsinə və neft qiymətlərinin aşağı düşməsinə baxmayaraq tenqenin kursu dəyişməz qalıb. Bofa analitikləri hesab edirlər ki,tenqenin kursu şişirdilib və nominal kursu 30% aşağı salmaq lazım gələcək. Milli Bankın direktoru Karat Keylimbetov bildirib ki, MB tenqenin növbəti devalvasiyasına neft qiymətlərinin bir barel üçün $50 aşağı düşəcəyi halda gedəcək.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart