Çin gömrük idarəsinin məlumatına görə,İrandan neft idxalı apreldə əvvəlki aylarla müqayisədə 11% artaraq son 11 ay ərzində ən yüksək həddə çatıb. Bununla belə,2014-cü ilin apreli ilə müqayisədə neft idxalı 11.6% azalıb.
Bu ilin aprelində Çin İrandan 2 milyon 910 min ton neft idxal edib ki,bu da gündə 707,4 min neft barelinə bərabərdir. Martda bu göstərici 10.8% aşağı olub.
2014-cü ildə Çin İrandan gündə 550 min barel neft idxal edirdi.
Cari ilin 4 ayı ərzində Çin İrandan gündə 587.2 min barel idxal edib ki,bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5% azdır.