logo

“Chevron”un xalis mənfəəti 2015-ci ilin I rübündə 43.1% azalıb

Views: 32

Earns Chevron2015-ci ilin birinci rübündə ABŞ-ın neft-qaz nəhənglərindən olan “Chevron” şirkətinin xalis mənfəəti neft qiymətlərinin kəskin azalması üzündən 2014-cü ilin eyni dövrü ilə müqayisədə 43.1% azalaraq 2.567 milyard dollar təşkil edib.

Səhm üzrə mənfəət 1.37 dollar olub. Analitiklər bu göstəricini 0.79 dollar səviyyəsində gözləyirdilər. Şirkətin gəliri 35% azalaraq 34.558 milyard dollar təşkil edib.

Şirkətin dünya üzrə kəşfiyyat və hasilat üzrə gəliri 2.02 milyard dollar olub ki,bu da keçən lin eyni dövrünün göstəricisindən 40.5% azdır.

Şirkətin prezidenti Jon Uotson bildirib ki,şirkət cari qiymət mühitinə cavab olaraq xərcləri azaldır.

Hesabat dövründə şirkətin karbohidrogen hasilatı gündə 2.681 milyon barel neft ekvivalenti təşkil edib ki,bu da 2014-cü ilin birinci rübündə olan göstəricidən 3.6% çoxdur.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart