logo

Bu gün Bakının üç böyük rayönunda qaz fasilələrlə veriləcək

Views: 19

OLYMPUS DIGITAL CAMERABu gün Bakının Binəqədi, Nərimanov və Sabunçu rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə,  diametri 530 mm-lik polad borunun istismara yararsız olması səbəbindən, polietilen boru ilə əvəzlənməsi və yeni çəkilmiş qaz xətlərinin mövcud qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar  bu gün 10:00-dan 13:00-dək Binəqədi rayonunun 8-ci mikrorayon, Nərimanov rayonunun Ayna Sultanova küçəsindən Gənclik metro stansiyasına qədər olan ərazisinə, saat 10:00-dan 18:00-dək isə Sabunçu rayonunun Pirşağı və Nardaran qəsəbələrinə təbii qazın verilişində fasilələr yaranacaq.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart