Bakıda 25 yaşlı Göyçay sakini 7-ci mərtəbədən yıxılıb. Hadisə Xətai rayonunda yerləşən “Azəriqaz” İB-nin baş ofisində qeydə alınıb.
Göyçay rayon sakini, 1990-cı il təvəllüdlü Mahmud Səhrab oğlu Mahmudov ofisin şüşəsini silərkən 7-ci mərtəbədən yıxılıb.
M.Mahmudov ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib (APA)