logo

Azərbaycanın Neft Fondu yuana sərmayə qoyur

Views: 91

kit

Dövlət Neft Fondu cari ilin iyununda Çin yuanında olan istiqrazlara 500 milyon dollar sərmayə qoymağı planlaşdırır. “Trend”in məlumatına görə, Fondun icraçı direktoru Şahmar Mövsümovun bildirib ki, artıq Çinin Mərkəzi Bankı ilə müvafiq müqavilə imzalanılıb.

Artıq Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Çinin Qiymətli Kağızlar üzrə Tənzimləmə Komissiyası arasında qiymətli kağızlar və fyuçers bazarlarının tənzimlənməsinə dair əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Memorandumun məqsədi əməkdaşlıq üçün texniki məlumat mübadiləsini gücləndirməklə, investorların müdafiəsini, qiymətli kağızlar və digər investisiya alətləri bazarlarının bütövlüyünü təşviq etməkdir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart