2015-ci ilin yanvar-aprel aylarının nəticələrinə görə,Azərbaycan xarici ölkələrə 3 milyard 142 milyon 587.88 min kub metr qaz ixrac edib ki,bu da keçən ilin müvafiq dövrünün göstəricisindən 2% çoxdur.
Gömrük bəyannamələrinə görə,qaz ixracı $ 107 milyon 25,37 min dəyərində 674 milyon 314.43 min kub metr təşkil edib. Beləliklə Azərbaycan ilin əvvəlindən min kub metr qazı $158,72 satıb.
Qeyd edək ki,”Şahdəniz” yatağından ixrac edilən qaz gömrük orqanlarında rəsmiləşdirilmir. Buna görə də, Dövlət Gömrük Komitəsinin statistikasına ancaq SOCAR-ın Gürcüstan və İrana (Naxçıvana swap-tədarük) tədarük etdiyi qaz düşüb. Xatırladaq ki, SOCAR texniki səbəblər üzündən Rusiyaya qaz ixracını ötən ilin ortasından tam dayandırıb.