logo

ARDNF Yaponiyada daşınmaz əmlaka investisiya qoyur

Views: 47

japanAzərbaycan Respublikası Dövlət Neft Fondu Yaponiyada daşınmaz əmlaka investisiya planlaşdırır. Bunu Trend-ə müsahibəsində Fondunun icraçı direktoru Şahmar Mövsümov bildirib.

2012-ci ildə ilk dəfə Dövlət Neft Fondu London və Moskvada elit daşınmaz əmlak əldə edib və 2013-ci ildə Parisdə daşınmaz əmlaka sərmayə qoyuluşu həyata keçirib.

2015-ci ildə Neft Fondunun investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri (orta həcmi) 28,2 milyard manat səviyyəsində müəyyən olunub. 2014-cü ildə proqnoz – 27 milyard manat,2013-cü ildə – 25.2 milyard manat,2012-ci ildə isə 23 milyard manat səviyyəsində planlaşdırılmışdı.

1 aprel 2015-ci il tarixinə,Dövlət Neft Fondunun aktivləri 2015-ci ilin əvvəli ilə müqayisədə (37 104,1 milyon) ilə müqayisədə 5,86 nisbətində azalaraq 34 930.5 milyon təşkil edib.

Dövlət Neft Fondu 1999-cu ildə yaradılıb və o zaman onun aktivləri 271 milyon dollar təşkil edirdi.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart