Kommersiya sazişi imzalamış bütün tərəflər müqavilənin şərtlərinə əməl etməlidirlər. Bu barədə Trendə Aİ-nın Azərbaycandakı səfəri Malena Mard Yunanıstanın yeni hökümətinin TAP qaz kəməri üzrə müqavilənin sərfəli olmaması barədə bəyanatını şərh edərkən bildirib.
Onun sözlərinə görə,Aİ-nın bütün üzvləri ittifaqın hüquqi bazasını formalaşdıran qayda,norma və prosedurlara riayət etməlidirlər.
SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) tərəfindən Yunanıstanın DESFA şirkətini alınması məsələsinə toxunan səfir bildirib ki,bu məsələ təsdiq mərhələsindədir və bu standart prosedurdur və müqavilədə iştirak edən tərəflərin hər hansı birinə qarşı yönəlməyib.