logo

AÇG-də bu ayın sonunda iri platformada hasilat müvəqqəti dayandırılır

Views: 26

semt_qazi

“BP-Azərbaycan” şirkətinin operatorluğu ilə Xəzərin Azərbaycan sektorunda işlənilən “Azəri-Çıraq-Günəşli” neft yataqlarında bu ayın sonundan başlayaraq hasilat platformalarında  profilaktik işlərə start veriləcək.

Caspian Barrel-in məlumatına görə, profilaktik tədbirlərə əsasən “Qərbi Azəri” və “Çıraq” platformalarında modernizasiya işlərinin aparılması nəzərdə tutulub. Bu işlər nəticəsində platformalarda hasilatın təhlükəsizlik sisteminin dayanıqlığı daha da artırılacaq, avtomatika sistemi daha müasir avadanlıqlarla təchiz ediləcəkdir.

Profilaktik işlərin aparılması 2015-ci ilin iş planı təsdiqlənərkən Azərbaycan tərəfi ilə razılaşdırılıb.

Profilaktik işlər aparılarkən “Qərbi Azəri” platformasında hasilat üç həftəyədək dayandırılacaq. Qeyd edək ki, hazırda “Qərbi Azəri” platformasında gündəlik hasilat 140 min bareldən artıqdır.

“Çıraq” platformasındakı modernizasiya işləri isə bir qədər sonra həyata keçiriləcək. Bu platformada hasilat 1997-ci ilin noyabrından başlayıb. Hasilatın pik həddi 2003-2004-cü illərdə olub (gündə 140 min barel), hazırda isə gündəlik hasilat 60 min bareldən azdır.

            Qeyd edək ki, “Azəri-Çıraq-Günəşli” neft yataqlarında 2014-cü ilin yekunlarına görə gündəlik hasilat 638 min barel təşkil etmişdi.

Caspian Barrel-in əldə etdiyi məlumatlara görə, cari ilin I rübünün yekunlarına görə, ACG-də hasilat bir qədər azalaraq 635 min barel səviyyəsinə enib. Ancaq ilin sonunda hasilatın təsdiq edilmiş plana görə, 605 min barelə qədər azalması gözlənilir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart