logo

AÇG blokundakı hasilat və texniki quyuların sayı artıb

Views: 42

burenie

2015-ci ilin I rübündə “Azəri-Çıraq-Günəşli” blokundan neft hasilatı 84 istismar quyusundan həyata keçirilib. Bu barədə BP-Azərbaycan (“Azəri-Çıraq-Günəşli” yataqlar blokunun operatoru) hesabatında məlumat verilib.

Hesabat dövründə müqavilə blokunda 4 hasilat quyusu qazılıb. Mart ayının sonuna olan vəziyyətə görə, 84 hasilat (2014-cü ilin birinci rübündə 79 quyu) və 40 suvurma (35) quyusu istismar edilib.

Çıraq” platformasından neft hasilatı 1997-ci ilin noyabrından, “Mərkəzi Azəri” platformasından 2005-ci ilin fevralın 13-dən, “Qərbi Azəri” platformasından 2005-ci il dekabrın 30-dan, “Şərqi Azəri” platformasından 2006-cı il oktyabrın 31-dən həyata keçirilir. 2008-ci ilin aprel ayının əvvəlindən “Günəşli” platformasından, 2014-cü il yanvarın 29-dan isə “Qərbi Çıraq” platformasından .

2014-cü ildə AÇG yataqlarından 31,5 mln. ton neft hasil edib.

AÇG blokunun işlənməsi üzrə müqavilə 1994-cü ilin 20 sentyabrında imzalanıb və həmin ilin dekabrın 20-də Azərbaycan parlamenti tərəfindən təsdiq edilib.

Müqavildə iştirak payı aşağıdakı kimi bölüşdürülüb: BP (operator) – 35.78%, Chevron – 11,27%, Inpex – 10,96%, SOCAR – 11,65%, Statoil – 8,56%, Exxon – 8%, TPAO – 6,75%, Itochu – 4,3%, ONGC – 2,72%.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart