logo

AÇG blokunda neft və texniki quyuların sayı getdikcə artır

Views: 30

burenie2015-ci ilin I rübündə “Azəri-Çıraq-Günəşli” blokundan neft hasilatı 84 istismar quyusundan həyata keçirilib. Bu haqda “BP-Azerbaijan” şirkətinin rüblük hesabatında məlumat verilir.

Hesabat dövründə müqavilə blokunda 4 hasilat quyusu qazılıb. Mart ayının sonuna olan vəziyyətə görə, 84 hasilat və 40 suvurma quyusu istismar edilib.

Xatırladaq ki, bir il əvvəl, yanvar mart aylarında AÇG müqavilə sahəsində 79 hasilat və 35 suvurma quyusu istismar edilirdi.

2014-cü ilin nəticələrinə görə AÇG-də 31,5 milyon ton neft hasil edilmişdi ki, bu da 2013-cü ilin nəticələrindən 700 min ton az idi.

“Çıraq” yatağından neft hasilatı 1997-ci ilin noyabrından, “Azəri” yatağının mərkəzi hissəsindən 2005-ci ilin fevralın 13-dən, “Azəri” yatağının qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, “Azəri” yatağının şərq hissəsindən 2006-cı il oktyabrın 31-dən həyata keçirilir. 2008-ci ilin aprel ayının əvvəlindən “Günəşli” yatağının dərinsulu hissəsində, 2014-cü il yanvarın 29-dan isə “Çıraq” yatağının qərb hissəsində neft hasilatına başlanılıb.

 “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib.

Layihənin iştirakçıları BP (Böyük Britaniya – 35,78%), Amerikanın “Chevron” (11,27%), “ExxonMobil” (8%), Hindistanın “ONGC Videsh Limited” (2,72%), Yaponiyanın “Inрex Corр.” (10,96%) və “Itochu Oil” (4,3%), Azərbaycanın SOCAR (11,65%), Norveçin “Statoil” (8,56%) və Türkiyənin TPAO (6,75%) şirkətlərdir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart