logo

2015-ci ildə Azərbaycanın neft gəlirləri nə qədər ola bilər – Araşdırma

Views: 77

флаг азер

Bu gəlirlər 2007-ci ildəkindən həddən çox, ancaq 2008-ci il səviyyəsindən kifayət qədər az olacaq

 

2015-ci ilin yanvar-aprel aylarında Azərbaycan Dövlət Neft Şirkətinin Supsa və Ceyhan limanlarından dünya bazarlarına Hasilatın Pay Bölgüsü çərçivəsində öz payına və Azərbaycan dövlətinin payına düşən neftinin ixrac həcmləri 6,9 mlyon tondan çox olub. Bu ötən illə müqayysədə təqribən 13 faizə qədər azalma deməkdir. Çünki “Azəri-Çıraq-Günəşli” yataqlarında hasilatda təbii azalma prosesi müşahidə olunurvə ildən ilə neft hasilatının azalması bundan sonra da davam edəcək.

Caspian Barrel xatırladır ki, “Azəri-Çıraq-Günəşli” dəniz yataqları bloklarında hasilatın pik həddi 2010-cu ilin üçüncü rübündə 810 min barel səviyyəsində qeydə alınmışdı və ondan sonra istehsal göstəriciləri enməyə doğru yönəlib. Hazırda müqavilə sahəsində gündəlik hasilat təqribən 630 min barel təşkil edir. İlin sonunda plana görə, bu gösrəticinin 610-605 minədək enməsi ola bilər.

Ancaq hazırda günün aktual məsələsi Azərbaycanın neft gəlirləridir. Belə ki, Dövlət Neft Fondunun gəlirlərinin 93%-dən çoxunu “Azəri-Çıraq-Günəşli” yataqlarından satılan mənfəət neftin daxilolmaları təşkil edir. Caspian Barrel-in məlumatına görə, əgər 2011-ci ildə bu blokdan Neft Fonduna daxil olan gəlirlər 19,03 milyard dollar olmuşdusa (gəlirlərin pik həddi), 2014-cü ilin yekunlarına görə bu göstərici 15,1 milyard dollara qədər azalmışdı.Cari ilin ilk rübü ərzində isə “Azəri-Çıraq-Günəşli” yataqlarından Azərbaycan çatan mənfəət nefti 2 milyard dollardan bir qədər artıq olub.

Düzdür, cari ilin birinci rübü ərzində neftin orta ixrac qiyməti də kifayət qədər aşağı olub – heç 56 dollara belə çatmayıb. Məsələn, ötən ilin I rübündə bu göstərici 109,75 səviyyəsində idi.

Proqnoz

Aprel ayının nəticələrinə görə, Ceyhan limanından əsas ixrac etdiyimiz BTC FOB Ceyhan markalı neftimizin hər bareli orta hesabla 61,42 dollara  satılıb. Mayın ilk həftəsindən isə isə neftin qiyməti orta hesabla daha dəyərini artırıb. Ancaq bu qiymət artımı Yaxın Şərqdə və Şimali Afrikada gedən siyasi proseslərlə bağlıdır və bu baxımdan neftin qiymətlərinin bir qədər sonra yenidən 60 dollar ətrafında stabilləşəcəyi proqnoz edilir.

İlin ikinci yarısında neft qiymətlərinin 70 dollara qədər artacağı təqdirdə belə, neftin orta illik qiyməti 65 dolları keçməyəcək. Bu isə ötən illə müqayisədə neftin qiymətinin 35% ucuzlaşması deməkdir (fikir verin  – faktiki Azərbaycan manatınnın “özünə gəlməsi” faizidir bu).

  SOCAR-ın rəsmi məlumatına görə, 2015-ci ilin I rübünün nəticələrinə görə Azərbaycanda neft hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 201,5 min ton azalıb (ümumi hasilat 10,683 mln təşkil edib). Azalma tempi ilin ikinci yarısı “Azəri-Çıraq-Günəşli” yataqlarında həm təbii proseslərlə əlaqədar, həm də “Qərbi Azəri” platformasının təqribən bir aya qədər modernizasiyası ilə bağlı daha da sürətlənəcək.

Bu baxımdan neftin qiymətlərinin artımı faktini onun həcminin azalması ilə kompensasiya ediləcək və ümumi qiymət azalması Azərbaycan üçün ola bilsin 40%-dən də yüksək olsun.

Bu baxımdan da Neft Fonduna daxilolmaları cari ildə AÇG üzrə 8,5-9 milyard dollar cıvarında proqnoz etmək olar.

Qeyd edək ki, cari ilin əvvəlində Neft Fondunun aktivləri 37,1 milyrd dollar idi. Aprelin 1-də isə onun akrivləri 34,93 milyarda qədər azalıb. Bunun azalmasında bir səbəb də Fondun investisiya “səbətindəki” olan valyutaların (avro, rubl və türk lirəsi) Amerika dollarına qarşı ucuzlaşması olub.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart