logo

Türkiyə üç nüvə stansiya inşa edəcək

Views: 20

recep_tayyip_erdoganTürkiyədə 3 atom elektrik stansiyası tikiləcək. Bu barədə “Anadolu” xəbər agentliyi prezident Rəcəb Tayyip Ərdoğana istinadən məlumat verib.

Prezidentin sözlərinə görə, Türkiyənin elektrik ehtiyacları hər keçən gün artır və bu problemin həlli üçün üç atom elektrik stansiyasını inşa etmək lazımdır.

Eyni zamanda Ərdoğan ölkədə üçüncü nüvə elektrik stansiyasının tikintisinin detallarını açıqlamayıb.

Türkiyə Böyük Millət Məclisi Yaponiya ilə Qara dəniz sahilində Sinop vilayətində ikinci atom elektrik stansiyasının tikintisinə dair razılaşmasını təsdiq edib.

Yaponiya ilə Sinopda ikici nüvə stansayisanın tikintisi barədə saziş 2013-cü ildə imzalanıb.

Layihənin 2023-cü ilə tamamlanması planlaşdırılır. AES ildə 40 milyard kVt/saat elektrik enerjisi istehal edəcək.

Əvvələr xəbər verilirdi ki, 2015-ci ilin aprelində Türkiyədə “Akkuyu” stansiyasının inşası üçün infrastrukturun yaradılmasına başlanacaq.

            Türkiyənin birinci atom elektrik stansiyası dörd VVER tipli reaktor ilə təchiz ediləcək.Hər bir reaktorun gücü 1200 MVt olacaq. Stansiya ildə 35 milyard kVt/saat elektrik enerjisi istehsal edəcək.Layihənin dəyəri $20 mlrd olacaq.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart