SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) 2015-ci ilin yanvar-fevral aylarında 1 mln. 354,2 min ton neft hasil edib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 1% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Bütövlükdə 2015-ci ilin yanvar-fevral aylarında Azərbaycan üzrə neft hasilatı 6 mln. 960,6 min ton təşkil edib, bu isə ötən ilin yanvar-fevral aylarının göstəricisindən 4,2% azdır.
Cari ilin fevral ayında SOCAR 641,9 min ton neft hasil edib, Azərbaycan üzrə neft hasilatı 3 mln. 293 min ton təşkil edib.
Xəbər verildiyi kimi, 2014-cü ildə Azərbaycanda neft hasilatının ümumi həcmi 41,9 mln. ton təşkil edib ki, bunun da 8 mln. 402,5 min tonu SOCAR-ın payına düşüb.