logo

SOCAR-ın konsolidə edilmiş borcu 7 milyard dollara çatıb

Views: 33

pul-eh

2015-ci il yanvarın 1-nə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) konsolidə edilmiş borcu təqribən 7 milyard dollar təşkil edir.

Trend-in məlumatına əsasən, bunu jurnalistlərə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov deyib.

Onun sözlərinə görə, borcun mövcud səviyyəsi SOCAR-ın maliyyə strategiyasına uyğundur: “Borc strukturunda 1,5 milyard dollar istiqrazlardan ibarətdir. Üçüncü ölkələrdə neft alışı və satışına görə “SOCAR Trading”in qısamüddətli borcu təqribən 1 milyard dollardır.

Türkiyədəki layihələr üzrə 1 milyard dollar həcmində borc yaranıb. Daha 1 milyard dollara yaxın borc Azərbaycan Respublikası Dövlət Neft Fondu qarşısında, “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi layihəsində vaxtilə iştirak payının alışı, eləcə də “Baku Shipyard” gəmiqayırma zavodununun tikintisi üçün cəlb edilmiş kreditlər üzrə yaranıb.

Qasımov qeyd edib ki, şirkətin borcu idarə olunur, faizlər vaxtında ödənilir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart