logo

SOCAR-ın Gürcüstandakı qazdoldurma stansiyalarının sayı 26 oldu

Views: 32

qaz_gurBu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Gürcüstana səfəri çərçivəsində Tbilisidə “SOCAR” brendi ilə fəaliyyət göstərəcək qazdoldurma stansiyasının açılışında iştirak edib. Bu barədə Trend SOCAR-ın saytına istinadən məlumat verib.

R.Abdullayevə bildirilib ki, yeni stansiya Argentina istehsalı olan yüksək texniki göstəricilərə malik 2 qaz-kompressor qurğusu ilə təchiz olunub. Gücü 250 kilovata çatan qurğular mərkəzi qaz magistral xəttinə birləşdirildiyi üçün qazın fasiləsiz verilişi təmin olunub. Burada avtomobillərin tez, keyfiyyətli və təhlükəsiz şəkildə qazla təchiz edilməsi üçün hər cür şərait yaradılıb.

SOCAR prezidenti qazdoldurma stansiyasının istismara verilməsinin rəmzi olaraq qırmızı lenti kəsib, kollektivi təbrik edərək uğurlar arzulayıb. Mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov, iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov, Sərmayələr idarəsinin rəisi Vaqif Əliyev, Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov iştirak ediblər.

Xatırladaq ki, hazırda “SOCAR Petroleum Georgia” şirkətinin Gürcüstan ərazisində 26 qazdoldurma stansiyası fəaliyyət göstərir.

            Xatırladaq ki, 2014-cü ildə SOCAR Gürcüstan bazarına 1,2 milyon ton neft məhsulu göndərmişdi. 2013-cü ildə bu göstərici 1,05 milyon ton təşkil etmişdi.

gur1 gur3 gur2

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart