logo

SOCAR I rübdə Supsa limanından neft ixracını 6% azaldıb

Views: 32

news_bigpic

SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2015-ci ilin I rübündə Supsa limanından Bakı-Supsa neft kəməri ilə nəql edilən 762,29 min ton Azərbaycan nefti ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.

Xəbər verildiyi kimi, 2014-cü ilin I rübündə SOCAR Supsa limanından 807,183 min ton neft ixrac edib. Beləliklə, 2015-ci ilin I rübü ərzində Supsa limanından ixracın həcmi 5,6% azalıb.

2015-ci ilin şirkət mart ayında Supsa limanından 254,003 min ton neft ixrac edib.

Xəbər verildiyi kimi, 2014-cü ildə SOCAR Supsa limanından 2 mln. 957,39 min ton Azərbaycan nefti yola salıb.

Bakı-Supsa neft kəməri 1999-cu il aprelin 17-də istismara verilib. Kəmərin uzunluğu 837 km, diametri 530 mm-dir. Ötürmə qabiliyyəti ildə 7,5 mln. ton neft olan boru kəməri “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi haqqında müqavilə çərçivəsində inşa edilib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart