logo

SOCAR I rübdə qaz hasilatını 16% azaldıb

Views: 21

rulitSOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) 2015-ci ilin I rübündə 1 mlrd. 669,7 mln. kubmetr qaz hasil edib.

SOCAR-ın saytına istinadən Turan xəbər verir ki, keçən ilin analoji dövründə SOCAR 1 milyard 996,8 milyon kubmetr qaz hasil etmişdi. Cari ilin birinci rübündə SOCAR qaz hasilatını 327.1 milyon kub metr və ya 16.4% azaldıb.

Ümumilikdə, ilin birinci rübündə Azərbaycanda  7 mlrd. 415,6 mln. kubmetr qaz hasil olunub ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 3,5% azdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə I rübdə 7 milyard 323,6 milyon kubmetr qaz hasil edilib ki,bununda 5 milyard 163.4 milyon kubmetrini əmtəəlik qaz təşkil edib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart