logo

SOCAR hasil etdiyi neftin 72 faizini daxili bazara yönəldir

Views: 31

suleymanNeftin aşağı qiymətləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) gəlirlərinə cüzi təsir edib.

Bunu SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov Bakıda “Caspian European Club”un iclasında deyib.

Onun sözlərinə görə, bu, SOCAR-ın öz neftinin böyük hissəsini daxili bazara göndərməsi ilə izah edilir: “Hasil edilən neftin 72 faizini daxili bazara yönəldilir, 28 faizi isə ixrac edilir. Daxili bazarda tələbatı qarşılamaq üçün neft əsasən emala göndərilir. Azərbaycanda neft və qaz qiymətləri dövlət tərəfindən tənzimlənir”.

Vitse-prezident qeyd edib: “Biz bu il həm özümüzün, həm də cəlb edilmiş vəsaitlər hesabına layihələri maliyyələşdirməyi planlaşdırırıq. Martda beynəlxalq kapital bazarlarında ümumi məbləği 750 milyon dollar olan istiqrazlar yerləşdirdik və bu vəsaitin 500 milyonu artıq Türkiyədəki “Star” NEZ-in tikintisi layihəsinin maliyyələşdirilməsinə yönəlib”.

Qasımov əlavə edib ki, Transanadolu qaz kəməri (TANAP) layihəsinin maliyyələşdirilməsi sürətli templə həyata keçirilir. Buna görə SOCAR-ın maliyyə sıxıntısı yaranmayıb.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart