2015-ci ilin birinci rübündə SOCAR-nin qazma idarələri 2014-cü ilin analoji dövrü ilə müqayisədə qazma işlərini 38.6% azaldaraq 20.75 metr qazma işi aparıblar.
Eyni zamanda kəşfiyyat qazmasının payı 987 m (artım 1.6%),istismar qazmasının payı isə 19.763 m (azalma 40.5%) təşkil edib.
Mart ayında SOCAR 6595 metr qazma işi həyata keçirib. Görülmüş işlərin 6208 metri istismara, 387 metri isə kəşfiyyata aid olub.
İlin əvvəlindən SOCAR-ın qazma idarələri tərəfindən 16 yeni quyu istismara verilib.
Xəbər verildiyi kimi, 2014-ci ildə SOCAR-nin qazma işlərinin həcmi 127,346 min metr,o cümlədən,kəşfiyyat qazmadı 2,628 min metr, əməliyyat isə – 124,718 min metr təşkil edib.