logo

Shell British Gas şirkətini $70 milyarda alır

shellİngilis-holland neft şirkəti “Royal Dutch Shell” Britaniyanın “BG Group” şirkətini  47 milyard funt sterlinqə ($70 milyard) alınması barədə razılığa gəlib.

“Bloomberg” agentiyinin hesablamasına görə, birləşmiş şirkətin bazar dəyəri Amerikanın “Chevron” şirkətindən üstün olacaq və Britaniyanın BP şirkətini isə iki dəfə üstələyəcək. Şirkətin rəhbəri “Shell” şirkətinin hazırki prezidenti Ben var Berden olacaq.

BG-ShellSövdələşməyə əsasən, BG səhmdarları şirkətin hər bir səhminə görə 383 pens və Shell şirkətinin 0,4454 səhmlərini alacaqlar. Nəticədə BG səhmdarları birləşmiş şirkətdə 19% səhmləri olacaq.

Sövdələşmə  2016-cı ilin əvvəlində başa çatacaq.

BG Group şirkətinin alınması Shell şirkətinin təsdiq edilmiş neft və qaz ehtiyatlarını 25%,hasilatını – 20%,artıracaq,həmçinin şirkətin Avstraliyada LNG, Brazilyada dərinsulu layihələrdə mövqeyini gücləndirəcək.

 “Shell” prezidenti bildirib ki,birləşmiş şirkət dünyada LNG istehsalı üzrə lider olacaq. 2018-ci ilə şirkətin LNG istehsalı gücləri 45 milyon ton təşkil edəcək.

“Shell” şirkətinin hesablamalarına görə, “BG Group” aktivlərindən istifadə birləşmiş şirkət üçün 2020 –ci ilə iki strateji biznes istiqaməti əldə etməyə imkan verəcək – dərinsulu hasilat və qaz biznesi. Bu sahələrin hər biri ildə $15-20 milyard dollar pul vəsaiti hərəkəti yaratmaq potensialı var.

“Royal Dutch Shell” – dünyanın 40-dan çox ölkəsində  karbohidrogen hasilat və emalı ilə məşğul olan ingilis-holland neft və qaz şirkətidir.

“BG Group” – Böyük Britaniyada üçüncü ən böyük qaz istehsalçısıdır. Əsas fəaliyyətləri kəşfiyyat və istehsal, LNG, nəqliyyat və qaz və elektrik enerjisi istehsalının bölüşdürülməsidir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart