logo

“Şahdəniz” yatağından qaz ixracı xeyli artıb

Views: 70

pipelinebtc22015-ci ilin yanvar-martında Azərbaycanın magistral boru kəmərləri ilə 6.3 milyard kub metr qaz ixrac edilib. Bu barədə Turana Dövlət Statistika Komitəsindən bildirilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə,hesabat dövründə qazın 29.3% Cənubi Qafqaz boru kəməri ilə (Bakı-Tbilisi-Ərzurum) nəql edilib. Yəni,bu boru kəməri ilə 1.8 milyard kub metr qaz nəql edilib.

Qeyd edək ki,2014-cü ilin yanvar-martı ilə müqayisədə Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə qazın nəqli 12.5% artıb.

Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ancaq “Şahdəniz” konsorsiumunun qazı nəql edilir. İxrac edilən həcmlərin əsas hissəsi Türkiyəyə ixrac edilir,5% isə Gürcüstana tranzit kimi verilir. 2013-ci ilin ikinci yarısından etibarən “Şahdəniz” konsorsiumu Gürcüstan bazarında kommersiya qazının kiçik həcmdə tədarükünə başlayıb.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart