logo

“Şahdəniz-2” layihəsi üzrə yeni quyunun qazılmasına başlanılıb

Views: 21

image_thumb12

“Şahdəniz” qaz-kondensat yatağı ərazisində yeni quyunun qazılması işlərinə başlanıb.

Məlumatlı mənbə Trend-ə bildirib ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində SDD-04 quyusunun qazılmasına başlanılıb: “Qazıntı işləri “Heydər Əliyev” üzən qazma qurğuzundan həyata keçirilir. SDD-04 quyusunun layihə dərinliyi 6300 metr təşkil edir”.

Mənbənin sözlərinə görə, “Şahdəniz-2” layihəsi üzrə qabaqlayıcı qazma işləri çərçivəsində artıq 7 quyu qazılıb, SDC-04 və SDD-04 quyularında işlərin başa çatmasından sonra isə qazılmış quyuların sayı 9-a çatacaq.

Caspian Barrel-in məlumatına görə, qabaqlayıcı qazma işləri 2017-ci ilin sonuna qədər davam edəcək. Bu işlərə həmçinin SOCAR-a məxsus “Caspian Drillin Company” şirkətinin üzən qazma qurğuları da cəlb edilib.

Qabaqlayıcı qazma işlərində məqsəd 2018-ci ildə “Mərhələ-2” layihəsi üzrə bütün hazırlıq işləri yekunlaşanda hasilata qısa müddətdə başlamağa nail olmaqdır.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart