Federal Gömrük Xidmətindən verilən məlumata görə, Rusiya neftinin ixracı dəyər baxımından keçən ilin eyni dövrü ilə müqayisədə 1.65 dəfə azalaraq 15 milyard dollar təşkil edib.
Neft ixracının fiziki həcmi hesabat dövründə 16.4% artaraq 39.2 milyon ton olub.
Neftin əsas ixracı uzaq xaric ölkələrinin payına düşüb. Tədarükün dəyəri 14.1 milyard dollar təşkil edib. MDB ölkələrinə neft tədarükünündən ədə edilən gəlir 842 milyon dollara qədər azalıb.
Uzaq xaricə neft tədarükünün fiziki həcmi 35.4 milyon ton,yaxın xaricə isə 3.751milyon ton neft təşkil edib.