Yerli “Joxovurd” qəzeti yazır ki, Rusiya Ermənistana “mavi yanacağı” daha yüksək qiymətə satmaq istəyir.
30 martda Rusiya və Ermənistan baş nazirləri Dmitri Medvedev və Ovik Abramyan arasında telefon danışığı olub. “Söz-söhbətlərə görə, əsas müzakirə mövzusu qaz qiymətlərinin mümkün artımı məsələsi idi- deyə məqalədə deyilir”.
Hal-hazırda Rusiya Ermənistana qazın min kub metrini $200 satır. Qəzetin məlumatına görə,indi eskpert qrupu yaradılmasına cəhd göstərilir ki,onlarda qiymət artımının nə qədər haqlı və qaçınılmaz olduğunu öyrənməlidir.