logo

Rumıniya şelfində tapılan qazın Azərbaycana da ziyanı dəyəcək

Views: 26

qara deniz

Bu yaxınlarda Rusiyanın Avropanın qaz bazarındakı inhsarçı mövqeyini darmadağın edə biləcək hadisə baş verib.

Virtualaz.org saytı xəbər verir ki, Qara dənizin Rumıniya sahillərində aşkar olunan və “Domino” adı verilən nəhəng qaz yatağı bir sıra Avropa ölkələri üçün ucuz qaz mənbəyinə çevrilə bilər.

Avropa İttifaqı ümid edir ki, bu yataq Şərqi və Mərkəzi Avropanı qazla təchiz edən “Qazprom”un inhisarçı mövqelərini sarsıdacaq. Analitiklərin qənaətinə görə, bu hadisə gələcəkdə Azərbaycan kimi alternativ qaz təchizatçısının da bazardakı mövqelərinə təzyiq yaradacaq.

Energetika sahəsində aparıcı şirkətlərdən olan “Wood Mackenzie”nin baş analitiki Kristofer Meredit yeni yatağın kəşf olunması ilə bağlı Vyanda keçirilən mətbuat konfransında bu barədə bildirib. Onun sözlərinə görə, bu kəşf Avropanın energetika bazarı uğrunda oyun qaydalarını dəyişəcək.

Bu ilin fevralında açıqlanıb ki, müxtəlif qiymətləndirmələrə görə, “Domino-1” yatağında 42-85 milyard kubmetr qaz ehtiyatları var. Yataq Rumıniya sahillərindən 170 kilometr məsafədə İsrail şirkəti tərəfindən kəşf olunub. Yataqdan sutkada 19 milyon kubmetr qaz hasil etmək mümkün olacaq.

Kristofer Meredit bildirib ki, “Domino-1” Qara dənizin Rumıniya sahillərində aşkar edilən ilk qaz yatağı deyil.

Son illər Qara dənizdə ehtimal olunan nəhəng qaz ehtiyatları dünyanın aparıcı energetika şirkətlərinin diqqətini cəlb edib. Dənizin dərin sularında kəşfiyyat qazma işləri intensivləşib. Britaniya-Holland müştərək şirkəti “Shell” Qara dənizin Türkiyə sahillərində kəşfiyyat aparır. Fransanın “Total” şirkəti isə Bolqarıstan sahillərində 2016-cı ilin fevralında kəşfiyyat işlərinə başlayacaq.

Əgər “Wood Mackenzie”nin qiymətləndirmələri təsdiqlənsə, o zaman Qara dənizin Rumıniya sahilləri yaxın vaxtlarda bir çox investorları cəlb edəcək. Rumıniya enerjidaşıyıcılarının idxalçısından onun ixracatçısına çevriləcək, üstəlik qazı indiki təchizatçılardan xeyli ucuz satacaq.

Kristofer Meredit deyib ki, Qara dənizin Rumıniya sahillərində ucuz qazın hasil edilməsi təkcə Rusiyanın yox, Azərbaycanın da mövqelərini sıxışdıracaq.

Hazırda Rusiya Avropanın qaza olan tələbatının təxminən üçdə birini təmin edir. Şərqi və Mərkəzi Avropada “Qazprom” inhisarçıdır.

Avropa Komissiyası bu günlərdə bəyan edib ki, “Qazprom”un azad bazar prinsiplərini pozmasına görə şirkətə qarşı hüquqi prosedurlara başlayacaq.

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart