“Arabian Oil and Gas” portalı xəbər verir ki,Qətərin “Qatargas” şirkəti Pakistana maye təbii qazın (LNG) ilk yükünü təslim edib.
İlk LNG yükü 21 martda Qətərin Ras-Laffan limanında gəmiyə yüklənərək Pakistanın PSO şirkətinə satılıb.
Pakistanın təbii qaza olan ehtiyacının artmasına səbəb ölkədə qazın mühüm enerji mənbəyinə çevrilməsidir.
“Qatargas” şirkətinin LNG zavodunun 7 texnoloji xətti ildə 42 milyon ton LNG istehsal etməyə imkan verir ki, bu da “Qatargası” dünyada LNG-nin ən böyük istehsalçısına çevirib.