logo

Monetar siyasətin nəticəsi: 4 ayda $5,5 mlrd vəsait itirilib, manat 34% ucuzlaşıb

Views: 19

ve12015-ci ilin yanvar-mart aylarının yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 31,1%azalıb.

Caspian Barrel AMB-nın saytına istinadən xəbər verir ki,  ilin ilk rübü ərzində Milli Bankın valyuta ehtiyatları 4 milyard 286,2 milyon dollar azalıb.

Xatırladaq ki, ilin əvvəlində AMB-nin valyuta ehtiyatları 13 milyard 758,3 milyon dollar təşkil etmişdi. 2014-cü ilin əvvəli ilə müqayisədə AMB-nin valyuta ehtiyatları cəmi 393,7 milyon dollar azalmışdı.

Milli Bankın valyuta ehtiyatlarının kəskin azalması ötən ilin dekabrından başlayıb. Buna da Rusiyadakı proseslər öz təsirini göstərib. Nəticədə 2014-cü ilin son ayında dollara tələbat kəskin artıb və AMB manatın kursunu tənzimləmək üçün valyuta ehtiyatlarından xeyli miqdarda vəsait xərcləməli olub. Bu prosesi hətta manat fevraın ikinci ongünlüyündə devalvasiya olunan zaman belə saxlamaq mümkün olmayıb. Belə ki, mart ayında AMB 1,5 milyard dollardan artıq vəsaitini itirib.

Ümumilikdə isə, son 4 ay ərzində  AMB 5,5 mlrd dollardan çox vəsait itirilib, manat isə 34% ucuzlaşıb.

Aylar AMB-nin azalan vəsaitləri ($-la)
Dekabr 1238
Yanvar 1077,5
Fevral 1676,4
Mart 1532,3
Cəmi 5524,2

 

Nəticədə ölkəyə gətirilən malların qiymətləri, əsasən də qeyri-ərzaq mallarının, kəskin artıb. Əhalinin alıcılıq qabiliyyəti hazırda sezilən səviyyədə aşağı düşməsə də, ancaq get-gedə özünü büruzə verməkdədir.

    Məsələ bundadır ki, bu göstərilən faktlar hökumətin çevik və əvvəlcədən müəyyən hadisələr üçün hazırlanmış bir neçə variantda ssenarisinin olmamasının göstəricisidir. Hökumət necə ki, 2015-ci ilin dövlət büdcəsini ötən ilin noyabrında 90 dollardan qəbul edərkən dünyada baş verən hadisələri və aparıcı beynəlxalq enerji agentliklərinin heç bir proqnozlarını nəzərə almadan öz bildiyi bir rəqəm ətrafında qərar qəbul edirsə, bu gün də hesab edir ki, baş verən hadisələr müvəqqəti çətinliklərlə bağlıdır və ondan çıxmaq olar müəyyən zamandan sonra. Ancaq zaman göstərir ki, vaxtında qəbul edilməyən qərarlar,  aylıq, rüblük hesabatları başa vurmağa hesablanmış optimist proqnozlar sonradan hökumətə milyardlarla ziyana başa gəlir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart