logo

İtaliyadan sonra Azərbaycan neftinin əsas alıcısı kimlərdir?

Views: 37

tank-muslim

Azərbaycanın 2014-cü ildə hasil etdiyi neftin əsas alıcısı İtaliya olub. Trend-in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin meneceri Adil Abışov Bakıda keçirilən 8-ci Xəzər Neft-Qaz, Ticarət-Nəqliyyat Konfransında bildirib.

O qeyd edib ki, ötən il Azərbaycanın neft ixracatının 23 faizi İtaliyaya gerçəkləşib.

Abışovun sözlərinə görə, son illərdə Azərbaycanın neft ixracatının coğrafiyası xeyli genişlənib: “Azərbaycan Avropanın, Asiyanın və Amerikanın 30 ölkəsinə neft ixrac edir. Hələ 10 il əvvəl Aralıq dənizi hüdudlarından kənara Azərbaycan neftinin cəmi 10-15 faizi çıxırdı, indi isə bu göstərici 45 faizə yüksəlib. 2014-cü ildə Azərbaycanın neft ixracatı 35,2 milyon ton təşkil edib”, – deyə SOCAR təmsilçisi vurğulayıb.

O əlavə edib ki, İtaliyadan sonra Azərbaycan neftinin idxalçıları arasında Almaniya (11 faiz) və Fransa (9 faiz) qabaqcıl yerləri tutur.

Asiya ölkələrinə də ixracatda artım olduğunu deyən A.Abışov Azərbaycanın neft məhsulları ixracatının 20 faizini Asiya ölkələrinə reallaşdırıldığını deyib: “Bundan başqa Gürcüstana da neft məhsullarımızın ixracatı artıb. Bu kateqoriyada ümumi ixracatın 12 faizi Gürcüstanın payına düşür”.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart