“Ak Jayık” portalı xəbər verir ki, “Tengizşevroyl” genişlənmə layihəsi xeyli bahalaşıb. Həmçinin qeyd edilir ki, layihənin həyata keçrilməsi vaxtı 2019-cu ildən 2021-ci ilə uzadılıb. Yenilənmiş smetaya və eskiz layihələndirilməsinə əsasən, layihənin dəyəri $23,7 milyarddan $38,8 milyarda qədər artıb.
“Tengiz” yatağında iki layihənin birgə həyata keçrilməsi nəzərdə tutulur : PBR (12 milyon ton hasilatın artırılmasının təmin edilməsi) və PUUD (mövcud güclərin yüklənməsini təmin edir).
Məlumata görə, PBR obyektlərinin inşası dəyəri əvvəlki 11 milyard dollardan 14 milyard dollara qədər, PUUD obyektlərinin isə 10.4 milyard dollardan 22.4 milyarda qədər artıb. Qazma və quyuların qazılması sahəsi xərcləri əksinə optimallaşdırılıb – 2.3 milyard dollardan 1.9 milyard dollaraq qədər azalıb.
Ekspertlər layihənin bahalaşmasının üç amillə izah edirlər. Layihənin 2021-ci ilə keçrilməsi, modulların Aktau limanından daşınması üçün Prorvada limanın inşası və TŞO tərəfindən seçilmiş inşa sxemi.
Portalın əldə etdiyi məlumata görə, modulların əsas hissəsi (75-80%) Cənubi Koreyada inşa ediləcək. Modulların yerdə qalan hissəsi İtaliyada istehsal ediləcək.