logo

I rübdə SOCAR Ceyhan terminalından neft nəqlini 3% azaldıb

Views: 40

Ceyhan_Marine_Terminal_52SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) 2015-ci ilin I rübündə Ceyhan neft terminalından 4 mln. 554,399 min ton Azərbaycan nefti nəql edib ki, bu da 2014-cü ilin müvafiq dövrünün göstəricisindən 3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Cari ilin mart ayında SOCAR Ceyhan terminalından 1 mln. 226,28 min ton neft nəql edib.

Xəbər verildiyi kimi, 2014-cü ildə şirkət Ceyhan terminalından 20 mln. 483,248 min ton Azərbaycan nefti nəql edib.

BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 60 mln. tondur.

Layihənin iştirakçıları BP (30,1%); SOCAR (25%); “Chevron” (8,9%); “Statoil” (8,71%); TPAO (6,53%); ENI (5%); “Itochu” (3,4%); “ConocoPhillips” (2,5%); INPEX (2,5%); “Total” (5%) və ONGC (2,36%) şirkətləridir.

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart