logo

I rübdə Azərbaycanda neft hasilatı 1,4% artıb, qaz isə – 3,6% azalıb

Views: 68

buruq-2

2015-ci ilin I rübündə Azərbaycanda neft hasilatı 10 mln. 669,1 min ton təşkil edib, bu isə ötən ilin analoji dövrünün göstəricisindən 1,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.

2015-ci ilin I rübündə Azərbaycanda təbii qaz hasilatı 7 mlrd. 323,6 mln. kubmetr (azalma 3,6%) təşkil edib.

Xəbər verildiyi kimi, 2014-cü ildə respublikada neft hasilatı 41,9 mln. ton, əmtəəlik qaz hasilatı 18,7 mlrd. kubmetr təşkil edib.

Hökumət 2015-ci ildə neft hasilatını 40 mln. 615,6 min ton, qaz hasilatını (əmtəəlik qaz da daxil olmaqla) 28 mlrd. 420 mln. kubmetr həcmində proqnozlaşdırır.

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart