logo

I rübdə Azərbaycan öz neftini Ceyhandan hansı qiymətə satıb?

Views: 33

krizis

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) özünün ixrac boru kəmərləri ilə dünya bazarlarına çıxardığı neftin terminallardakı orta aylıq qiymətlərini ictimaiyyətə açıqlayıb.

Caspian Barrel həmin qiymətlər əsasında apardığı hesablamalara görə, cari ilin ilk rübündə  azərbaycanın əsas ixrac boru kəməri olan Bakı-Tbilisi-Ceyhan ilə daşınan və Aralıq dənizinin Ceyhan limanından (Türkiyə) BTC FOB Ceyhan tipli neft adı altında dünya bazarlarına çıxarılan xammalın bir barelinin orta qiyməti 55,62 dollar olub. Ötən ilin müvafiq dövründə bu göstərici 109,74 idi. Yəni cari ilin I rübdə Azərbaycan neftinin Ceyhan limanından ixrac qiymətləri 49,31% azalıb.

Qeyd edək ki, Ceyhan limanından  Azərbaycan “Azəri” və dərinsulu “Günəşli” yataqlarından hasil edilən xam nefti dünbazarlarına çıxarır. Bu yataqlardan hasil edilən xam neftin təqribən 70%-i mənfəət şəklində Azərbaycana çatır və onların satışından əldə edilən gəlir  Azərbaycan Dövlət Neft Fondunun hesabına köçürülür.

 

BTC FOB Ceyhan tipli xam neftin qiyməti (barel/$):

aylar 2015 2014
Yanvar 49,53 108,76
Fevral 59,99 110,94
Mart 57,33 109,53

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart