logo

Hökumət “Azərişığın” ehtiyacları üçün 1 milyard dollar kredit istəyir

Views: 27

azərişıq

Azərbaycan hökuməti ölkənin enerji təchizatının yaxşılaşdırılması üçün beynəlxalq təşkilatlardan, Asiya İnkişaf Bankı (AİB) və Dünya Bankından maliyyə yardımı istəyib. $750 milyon məbləğində əsas hissə Asiya İnkişaf Bankından istənilib.

AİB-nın ofisindən Trendə bildiriblər ki,”Azərişiq” ilə birlikdə hazırlanmış layihə bütün ölkəni əhatə edəcək və üç tranşdan ibarət olacaq.

Layihənin ümumi dəyəri bir milyard dollar olacaq və bu məbləğin 250 milyon dolları Azərbaycan hökümətinin öz vəsaitindən ayrılacaq.

Həmçinin, Azərbaycan höküməti Dünya bankından 250-300 milyon dollar məbləğində maliyyə yardımı xahiş edib. Dünya bankının rəsmi nümayəndəsi Trendə bildirib ki, bu məsələ ilə bağlı müzakirə davam edir və son qərar bir neçə ay ərzində qəbul olunacaq.

AİB-nın biznes planında qeyd olunub ki, AİB Azərbaycanda dəyəri $320 milyon olan “elektrikin paylanması inkişafı layihəsinə” $250 milyon kredit ayıracaq. Yerdə qalan vəsait Azərbaycan hökümətinin öz vəsiti olmalıdır.

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart